Dünya

Türkiyədə rus dili məcburi dərs oldu

25 May 2021 08:23
Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə turizm sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrində rus dili məcburi dərs olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə respublikanın Mədəniyyət və Turizm naziri  Mehmet Nuri Ersoy bəyan edib.

"Türkiyəlilər rusiyalıları sevirlər. İki xalq arasında uzunmüddətli tarixi münasibətlər inkişaf edib. Rusiya vətəndaşları son üç-dörd ildə deyil, 20 ildən çoxdur intensiv şəkildə gəlirlər. Ölkəmizdə çoxları rus dilində danışır. Hətta turizmlə bağlı olan peşə məktəblərimizdə belə, rus dili artıq məcburidir", - deyə o bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Türkiyə Rusiya vətəndaşları üçün koronavirusla bağlı zəruri PZR testi tələbini ləğv edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.