Dünya

Polşa prezidenti bu gün Türkiyəyə səfər edəcək

24 May 2021 08:28
Baxış: 931
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polşa prezidenti Andjey Duda bu gün Türkiyəyə səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, Polşa prezidentinin səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Bildirilir ki, səfər çərçivəsində nəzərdə tutulan görüşlər zamanı ikitərəfli əlaqələr hərtərəfli nəzərdən keçiriləcək, tərəflər əməkdaşlığı inkişaf etdirmək üçün mümkün addımları müzakirə edəcəklər.

Həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq və ikitərəfli sənədlərin imzalanması baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.