ABŞ-ın bir neçə ştatının sakinləri dövri qanadlı böcəklərin hücumundan narahatdır. Müxtəlif rayonlardan olan istifadəçilər həşəratların toplaşmasını sosial şəbəkələrdə paylaşırlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, böcəklər Virciniya, Merilend və Corciya ştatlarında daha fəaldır. Lakin yaxın vaxtlarda şərq sahilinin əksər hissəsində temperaturun yüksəlməsi nəticəsində qanadlı həşəratların daha da artması gözlənilir.
Mütəxəssislərin sözlərinə görə, bu həşəratlar torpaq altından son 17 ildə ilk dəfədir çıxır.
Milli.Az