Dünya

Hindistanda dəhşətli epidemiya: İnsanların gözləri çıxarılır

23 May 2021 15:41
Baxış: 1 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın qərbində "Qara kif" adlanan mukormikoz xəstəliyinə yoluxan minlərlə insanın bir və ya iki gözü çıxarılıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu xəstəliyə yoluxanların 60 faizi bir və ya iki gözünü itirir.

"Bütün toxumaları, sinirləri və göz qapaqlarını çıxarmasaq, infeksiya beyinə daxil ola bilər, - həkim Akşay Nair bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistanın Racastan və Telanqana ştatlarında "Qara kif" adlı mukormikoz epidemiyası elan edilmişdi.

Mukormikoz və ya "Qara kif" - göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.