Dünya

İspaniya britaniyalı və yaponiyalı turistlər üçün məhdudiyyətləri aradan qaldıracaq

23 May 2021 20:19
Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya mayın 24-dən etibarən britaniyalı və yaponiyalı turistlər üçün məhdudiyyətləri rəsmən ləğv edəcəyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət Böyük Britaniya və Yaponiyanın Avropa İttifaqına səfərlər zamanı məhdudiyyətlərdən azad olunan ölkələrin siyahısına salınacağını elan edib. Lakin İspaniyaya səfər edəcək britaniyalı turistlər qayıdarkən mütləq karantindən keçməlidir.

Böyük Britaniya hökuməti isə öz növbəsində zərurət yaranmadıqda İspaniya da daxil olmaqla Avropa İttifaqının digər ölkələrinə səyahətdən çəkinməyi tövsiyə edir. Birləşmiş Krallıq "işıqfor sistemi"nə uyğun olaraq əhalini COVID-19 infeksiyasına yoluxma riskinin daha yüksək olduğu "sarı" və "qırmızı" ölkələrə səyahətlərdən yayınmağa çağırıb.

Qeyd edək ki, Portuqaliya və İspaniyanın turizm sektoru böyük ölçüdə britaniyalı turistlərdən asılıdır. İngiltərə, Şotlandiya və Uelsdən olan turistlər ötən həftədən etibarən Portuqaliyaya səfərlərə başlayıblar. İspaniyanın Baş nazir Pedro Sançesin sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması ölkənin yay turizminin 2019-cu il səviyyəsinin 30-40 faizinə çatmasına imkan verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.