Türkiyə

Oval Ofisdə tarixi anlar – Trampın yaxasındakı rozet diqqət çəkdi - FOTO

25 Sentyabr 2025 22:03
Baxış: 452
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə baş tutacaq tarixi görüşü öncəsi maraqlı bir detal diqqət çəkib. Trampın yaxasına taxdığı qırıcı təyyarə rozeti jurnalistlərin gözündən yayınmayıb.

İki liderin 6 ildən sonra ilk dəfə görüşəcəyi bu zirvədə ən mühüm mövzulardan biri Türkiyəyə F-35 qırıcılarının verilməsi olacaq. Trampın yaxasındakı rozet də bu mövzunun önəminə simvolik işarə kimi dəyərləndirilib.

Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Trampa "Türkiyəyə F-35 verəcək misiniz?" sualı ünvanlanıb. Tramp isə qısa cavab verib:

"Türkiyəyə qırıcı təyyarələrdən danışırıq, bəli. Bu mövzunu müzakirə edirik."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.