İdman

Qurban Qurbanov bu futbolçuları qarşıdakı matçda oynada bilməyəcək

26 Sentyabr 2025 00:57
Baxış: 303
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Misli Premyer Liqasının (MPL) 6-cı turunda "Qəbələ"ni qəbul edəcək "Qarabağ" oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:

"Komandada cəzalı futbolçu yoxdur. Marko Yankoviçlə Xoni Montielin zədə səbəbindən "Qəbələ"yə qarşı oynamayacağı dəqiqdirsə, Nəriman Axundzadə dünəndən komanda ilə məşqlərə başlayıb". 

"Qarabağ" - "Qəbələ" qarşılaşması sentyabrın 26-da keçiriləcək. "Azersun Arena" baş tutacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. 

Hazırda 7 xalı olan "köhlən atlar" turnir cədvəlinin 5-ci, 4 xala malik "qırmızı-qaralar" isə 10-cu pilləsində qərarlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.