Siyasət

İlham Əliyev Kobaxidzeyə zəng etdi

25 Sentyabr 2025 22:08
Baxış: 383

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.