Şou-biznes

"Həmin qızların günahkarı analarıdır"

25 Sentyabr 2025 18:30
Baxış: 424
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Nadir Qafarzadə qalmaqallı açıqlama verib.

Milli.z xəbər verir ki, sənətçi gənclərin sosial şəbəkələrdə oyun çıxarmalarına sərt reaksiya verib.

Nadir sözügedən məsələdə uşaqların analarını qınayıb:

""Bu gün gəncliyimiz TikTok-da itib-batır. Hoqqa verirlər orada, olmaz. Ən çox da günahkar kimdir? Analar" Biz kişilər səhər papağımızı qoyub, hələ o da varsa, gedirik pul qazanmağa. Evdə uşaqla kim qalır? Anası. Əziz, gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun. Qızlarınızı TikTok-dan, instaqramdan ayırın. Vaxtı gələndə oradan istifadə edəcəklər. Qızlara oğlan kimi rəqs elətdirirlər. Qoyun, qızlarımız xanım kimi böyüsünlər". 

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.