Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüş keçirib.
Milli.Az xəbər verir ki, görüş zamanı iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair Birgə kommünike imzalanıb.
Zelenski öz "Telegram" kanalında bildirib ki, bu addımı yüksək qiymətləndirir və Suriya xalqına sabitliyə doğru dəstək verməyə hazırdır. Danışıqlarda əməkdaşlığın genişləndirilməsi üçün perspektivli sahələr müzakirə olunub. Həmçinin, tərəflər təhlükəsizlik məsələlərinə və ortaq təhlükələrə qarşı mübarizənin əhəmiyyətinə toxunublar. Zelenski qeyd edib ki, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin qurulması barədə razılıq əldə edilib.
Asya
Milli.Az