Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyasını tamamladıqdan sonra ABŞ Prezidenti Donald Trampla görüşmək məqsədilə Vaşinqtona yola düşüb. Endryus Hava Limanında onu Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal və digər rəsmi şəxslər qarşılayıblar.
Milli.Az xəbər verir ki, Tramp Ərdoğana xüsusi hörmət göstərərək onu paytaxtdakı dövlət qonaq evi "Blair House"da qəbul edib. Bu qonaqlama Trampın hər lideri ora dəvət etməməsi nəzərə alınaraq, iki ölkə lideri arasındakı isti münasibətlərin göstəricisidir.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan artıq "Blair House"da yerləşiblər və orada isti qarşılanıblar. ABŞ Gizli Xidməti Türkiyə prezidentinin təhlükəsizliyini təmin etmək üçün "Blair House"un ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirib.
Asya
Milli.Az