Dilin rənginə baxıb xəstəliyi "oxumaq" olur - Həkim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dilimizi orqanizmin özünəməxsus "güzgüsü" adlandırmaq olar, çünki o, daxili orqanların fəaliyyətindəki pozuntuları əks etdirir.
Milli.Az xəbər verir ki, "qazeta"ya danışan "SM-Klinika"nın qastroenteroloqu Yuliya Zabolotskayanın sözlərinə görə sağlam dildə nəzərəçarpacaq örtük, quruluq və struktur dəyişikliyi olmamalıdır, o, açıq-çəhrayı rəngdə görünməlidir.
"Ən çox rast gəlinən şikayət ağımtıl və ya boz-ağ rəngli qalın naletdir. Əgər o, nazik qat halında yalnız səhərlər əmələ gəlirsə, norma sayıla bilər. Lakin qalın qat çox vaxt qastrit, onikibarmaq bağırsağın iltihabı, mədə xorası və bəzən də göbələk infeksiyası ilə bağlı olur.
Sarı rəngli örtük öd kisəsinin fəaliyyətində problemlər və ya reflüks, yəni mədədən qida borusuna turşu qayıtması barədə xəbər verə bilər. Bu əlamət uzun müddət siqaret çəkən insanlarda da müşahidə olunur.
Parlaq-qırmızı, "cilalanmış" dil isə B12 vitamini çatışmazlığının göstəricisi ola bilər və bu, çox vaxt atrofik qastrit fonunda yaranır.
Narahatlıq doğuran digər əlamətlərə dildə xırda yaralar, eroziyalar, kənarlarında diş izləri, papillaların forma və ölçüsündə dəyişikliklər daxildir.
Dil yalnız mümkün problemləri göstərir, diaqnoz qoymaq üçün əsas vasitə deyil. Buna görə də, dəyişikliklər bir həftədən çox davam edirsə və əlavə xoşagəlməz simptomlarla müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir. Vaxtında diaqnoz xəstəliyin daha asan müalicəsinə və yaxşı əhval-ruhiyyənin bərpasına imkan yaradır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Bazar günü yağış və qar yağacaq
-
Məşhur türk müğənni tanınmaz halda - (Foto)
-
5 BÜRCÜN şans üzünə güləcək
-
Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
İstilik mövsümü başlayır
-
“Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
-
Azərbaycanlı məşhurların arxiv fotoları gündəm oldu – Bəzilərini tanımaq olmur - (Fotolar)
-
İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi
-
Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərdi - (Video)
-
FHN-dən əhaliyə xəbərdarlıq
-
Neftimiz bahalaşdı
-
Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)
-
Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı - Rəsmi
-
Asya Əlizadə barəsində 5 il həbs tələb olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Pensiyalar belə artırılacaq: Deputat açıqladı
-
Murat Bozdan müflis olması xəbərinə reaksiya





