Siyasət

Prezident: Azərbaycanla Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir

26 Sentyabr 2025 09:04
Baxış: 257

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir.

Milli.Az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Sərdar Berdiməhəmmədovu və bütün Türkmənistan xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin bildirib: "İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.