Dünya

Okeanları zibildən təmizləyən üzən stansiya

23 May 2021 19:39
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəşəriyyətin qlobal problemləri dizaynerləri də daim düşündürür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Londondakı "Zaha Hadid Architects" studiyasının aparıcı dizayneri slovakiyalı mütəxəssis Lenka Petrakova tərəfindən hazırlanmış "8-ci qitə" konsepsiyası dünya okeanının sularını zibil və plastikdən təmizləmək məqsədini daşıyır. Dizayner plastik yığıb təkrar emal edə bilən üzən bir tədqiqat stansiyası konsepsiyasını təklif edib. Bu üzən tədqiqat stansiyası həm də futuristik formaları ilə insanı heyran qoyur.

Plastik şüşə və qablar çoxdan bəşəriyyətin baş ağrısına çevrilib. Belə ki, hər il 8 milyon tondan çox plastik çaylara, dənizlərə və okeanlara düşür və bu da yalnız adaların deyil, həm də nəhəng zibil qitələrinin yaranmasına səbəb olur. Üzən stansiya günəşin, suyun və küləyin enerjisi ilə hərəkət edə bilir.

Layihə Milli Memarlıq Mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.