Şırnak və Batmanda maket təyyarələr zərərsizləşdirildi
Milli.Az Real TV-ə istinadən bildirir ki,gecə saatlarında Şırnak və Batmanda Hərbi Hava Qüvvələrinə məxsus baza və 23-cü piyada diviziyasına maket təyyarələrlə hücum edilib. Batman valiliyinin açıqlamasına görə, saat 23:10 radələrində terrorçular 3 maket təyyarə ilə təxribat törətməyə çalışıb. Maket təyyarələr dərhal zərərsizləşdirilib və təxribatın qarşısı itki olmadan alınıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlamasında hərbi hissələrdə təhlükəsizliyin gücləndirildiyini açıqlayıb.
Milli.Az