Türkiyədə hərbi bazalara hücum edilib - VİDEO - FOTO

21 May 2021 12:39

Şırnak və Batmanda maket təyyarələr zərərsizləşdirildi

Milli.Az Real TV-ə istinadən bildirir ki,gecə saatlarında Şırnak və Batmanda Hərbi Hava Qüvvələrinə məxsus baza və 23-cü piyada diviziyasına maket təyyarələrlə hücum edilib.  Batman valiliyinin açıqlamasına görə, saat 23:10 radələrində terrorçular 3 maket təyyarə ilə təxribat törətməyə çalışıb. Maket təyyarələr dərhal zərərsizləşdirilib və təxribatın qarşısı itki olmadan alınıb. 

Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlamasında hərbi hissələrdə təhlükəsizliyin gücləndirildiyini açıqlayıb.

Milli.Az