Dünya

Maradonanı həkimlər öldürüb - RƏSMİ

20 May 2021 21:53
Baxış: 2 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır.

Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdıırılıb.

Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.

Xatırladaq ki, Dieqo Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişmişdi. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.