Dünya

Diyarbəkirdə hərbi hissəyə hücum olub

19 May 2021 14:52
Baxış: 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Diyarbəkir şəhərində hərbi hissəyə hücum cəhdi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

"Diyarbəkirdə bir hərbi hissəyə 2 ədəd maket təyyarə ilə hücum cəhdi edilib, maket təyyarələr zərərsizləşdirilib. İtki yaşanmayıb", - deyə Soylu qeyd edib.

Gecə vaxtı baş verən partlayış çox sayda insan tərəfindən hiss edilib, evlər silkələnib. Partlayış şəhərdə təşvişə səbəb olub.

Türkiyə Müdafiə Nazirliyinin hücumla əlaqədar verdiyi açıqlamada hərbi hissədə lazımi fiziki tədbirlərin alındığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory