Dünya

Böyük Britaniyada koronavirusun Hindistan variantı surətlə yayılır

17 May 2021 20:40
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada koronavirusun Hindistan variantı surətlə yayılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniyanın səhiyyə naziri Met Hankok, Hindistan variantı olaraq tanınan koronavirus mutasiyasının Krallıqda surətlə yayıldığını açıqlayıb.

Hankok Hindistan variantının Krallıqda dominant COVID mutasiyası halına gələcəyini bildirib.

O, həmçinin əlavə edib ki, aparılan araşdırmalar zamanı tətbiq olunan peyvəndlərin yeni mutasiyanın üzərində təsirli olduğu öyrənilib. Nazir vətəndaşları peyvənd olunmağa və qaydalara əməl etməyə çağırıb.

Krallıqda Hindistan variantına yoluxanların sayının artması nəticəsində karantin rejiminin mərhələli şəkildə aradan qaldırılması üçün hazırlanan plan dayandırılıb.

Qeyd edək ki, Xalq Sağlamlıq Mərkəzi ötən həftə aşkarlanan Hindistan variantına yoluxanların sayının 313 min nəfəri keçdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.