Dünya

ABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar

14 May 2021 14:54
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı ABŞ-ın CNN televiziya kanalı yayıb. Məlumatda bildirilir ki, ABŞ-ın Əfqanıstanın Qəndəhar şəhəri yaxınlığındakı hərbi bazasının əsgər və zabitləri bazanı tərk edərək ABŞ-a qayıdıblar. Hərbi baza isə Əfqanıstanın hökumət qüvvələrinə təhvil verilib.

CNN kanalının bu barədə yaydığı məlumatı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi də təsdiqləyib.

Qeyd edək ki, Qəndəhar yaxınlığındakı hərbi baza Əfqanıstan ərazisindəki ən böyük hərbi bazadır. Burada ABŞ hərbçiləri ilə yanaşı beynəlxalq kaolisiyaya daxil olan dövlətlərin də 26 min hərbçisi xidmət edirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.