Dünya

Ayasofyada 87 il sonra bayram namazı qılındı

13 May 2021 14:31
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İstanbulun Ayasofya məscidində 87 il sonra ilk bayram namazı qılınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində keçirilən ibadət mərasimində Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, İstanbul valisi Ali Yerlikaya və çox sayda vətəndaş iştirak edib.

Xatırladaq ki, keçən il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.