Dünya

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-əçatıb

13 May 2021 14:19
Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-əçatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 72 nəfər həlak olub.

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 17-si uşaq, 6-sı qadındır.

"HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.

Tərəflər bir-birinə raket zərbələri endirib.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.