Dünya

Əlcəzairdə fransız əsgərlərinin qətlə yetirdikləri insanların xatirəsi anılıb

9 May 2021 19:49
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlcəzairdə ilk dəfə fransız əsgərlərinin 1945-ci il mayın 8-də qətlə yetirdikləri dinc nümayişçilərin xatirəsini anmaq üçün dövlət səviyyəsində Milli Anım Günü keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, anım mərasimində çıxış edən dövlət rəsmiləri Fransadan müstəmləkəçilik dövründə törədilən cinayətlərə görə üzr istəməsini tələb ediblər. Ölkənin şərqində yerləşən Sətif şəhərində minlərlə insan 76 il əvvəl müstəqillik tələb edən və qətliama məruz qalan nümayişçilərin marşrutu üzrə yürüş keçirib. Onlar həmin qanlı hadisələr zamanı həlak olmuş minlərlə əlcəzairlinin xatirəsini yad ediblər.

Milli Anım Gününün keçirilməsi tələbini ötən il Əlcəzair Prezidenti Əbdülməcid Tebbun irəli sürüb. O təklif edib ki, hər il mayın 8-də fransız müstəmləkəçiləri tərəfindən Sətif, Helma və Xarata şəhərlərində qətlə yetirilmiş insanların xatirəsi anılsın, bu qırğının insanlıq əleyhinə cinayət olduğu vurğulansın. Dövlət başçısı əlavə edib ki, Fransa heç bir vəchlə bu ağır cinayətlərə bəraət qazandıra bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.