Dünya

Misirə gələnlər əlavə PCR testindən keçəcəklər

9 May 2021 19:39
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir hökuməti hava, quru və dəniz yolu ilə ölkəyə gələn əcnəbilər və öz vətəndaşları üçün aeroport, liman və keçid məntəqələrində COVID-19 üzrə əlavə PCR testi keçirilməsi barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ölkənin səhiyyə naziri Halə Zayid Misirə gələn şəxslərin COVID-19 testindən keçdikləri çıxış məntəqəsinin arayışı ilə yanaşı, əlavə testdən də keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu testlər ən müasir avadanlıq vasitəsilə aparılacaq və cəmi 15 dəqiqə ərzində cavablar təqdim olunacaq.

Səhiyyə naziri əlavə edib ki, Ramazan ayında Misirdə yoluxma hallarında kəskin artım müşahidə olunur. Belə ki, son sutkada COVID-19-a 1132 nəfər yoluxub, 66 pasiyent isə vəfat edib. Pandemiyanın əvvəlindən Misirdə 236 mindən çox yoluxma, 13 min 845 ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.