Dünya

Avropadan Ukraynaya dəstək

8 May 2021 17:54
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva-Kiyev sərhədində gərginlik davam edərkən ABŞ-dan sonra Avropadan da Ukraynaya dəstək gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa İttifaqına üzv Belçika, Niderland və Lüksemburqun xarici işlər nazirləri Kiyevə səfər ediblər.

Hər 3 ölkənin rəsmiləri rusiyapərəst separatçılarla toqquşmaların baş verdiyi Donbass bölgəsini ziyarət ediblər və vəziyyət barədə məlumat alıblar.

XİN rəhbərləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini xatırladaraq bu məsələdə dialoqun yeganə həll yolu olduğunu vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.