Dünya

ABŞ-da işsizlik yenidən artıb

8 May 2021 18:41
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin aprel ayında ABŞ-da iş yerlərinin sayı gözlənilən 978 min əvəzinə 266 min artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yeni iş yerlərinin 218 mini özəl sektorun, 48 mini isə dövlət sektorunun payına düşüb. İqtisadi aktiv əhalinin ABŞ-ın ümumi əhalisindəki payı isəmart ayında 61,5%-dən 61,7%-dək artıb.

Qeyd edilir ki, iş yerlərinin sayının artmasına baxmayaraq, ölkədəişsizlik 6%-dən 6,1%-ə yüksəlib. "The Wall Street Journal"a görə, stimullaşdırıcı paketlər və COVID-19 pandemiyası ilə bağlı olan məhdudiyyətlərin tədricən aradan qaldırılması ölkə iqtisadiyatının artımını dəstəkləyir və əmək bazarını canlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.