Dünya

Belçika məhkəməsi iranlı diplomatın 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb

5 May 2021 16:52
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçika məhkəməsi 2018-ci ildə Fransada partlayış törətməkdə ittiham olunan İran diplomatı Əsədullah Əsədinin 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İran tərəfi məhkəmənin qərarına etiraz edərək, 1961-ci ildə imzalanan Vyana konvensiyasının tələblərinin pozulduğunu bildirib. Qeyd olunub ki, baş verməyən bir cinayətə görə diplomatı uzun müddət həbsxanada saxlamaq beynəlxalq qanunlara, insan hüquqlarına və demokratiyaya ziddir. Rəsmi Tehran hüquqi və diplomatik yollarla diplomatın azad edilməsinə çalışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.