Dünya

Bayden administrasiyası: İyulun 4-dək amerikalıların 70 faizinə COVID-19 əleyhinə vaksinin azı bir dozası vurulacaq

5 May 2021 22:44
Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti ölkə əhalisinin vaksinlənməsi üzrə yeni hədəf barədə elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezidentin bəyanatına müvafiq olaraq, ABŞ-ın Müstəqillik Günü bayramınadək amerikalıların 70 faizinə COVID-19 əleyhinə vaksinin ən azı bir dozası vurulacaq və 160 milyon nəfər tamamilə vaksinləşdiriləcək.

Bayden Ağ evdəki çıxışında vaksinlərin daha əlçatan olacağını vəd edib. O deyib ki, Fövqəladə Hallar üzrə Federal Agentliyin vaksin ehtiyatları yeni daimi və mobil klinikaların dəstəklənməsinə yönəldilib. Bu, daha çox insanın tam vaksinləmədən keçməsi məqsədi daşıyır. Ağ ev təmsilçiləri bildiriblər ki, hazırda 105 milyon amerikalı COVID-19 əleyhinə tam peyvəndlənib, əhalinin 56 faizinə isə vaksinin azı bir dozası vurulub.

Bayden pandemiyadan daha çox əziyyət çəkən bölgələr üçün COVID-19 əleyhinə vaksinə əlçatanlığı genişləndirmək imkanı yaratmaqdan ötrü ictimai təşkilatlara 250 milyon dollardan artıq, vaksinlər barədə məlumata dair maarifləndirmə fəaliyyətinin yaxşılaşdırılmasına 130 milyon dollar, kontinental ştatların hüdudlarından kənarda yerləşən ABŞ ərazilərində və bəzi iri şəhərlərdə vaksininin yayılması üzrə əlavə səylərin maliyyələşdirilməsinə 250 milyon dollar, həmçinin kənd poliklinikalarında və xəstəxanalarında testləşdirmənin dəstəklənməsinə 860 milyon dollar vəsaitin ayrılması barədə də elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.