Dünya

İsveçrənin İrandakı diplomatı binadan yıxılaraq ölüb

4 May 2021 15:50
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrənin İrandakı səfirliyinin 1-ci katibi Tehranda Kamraniyyə məntəqəsində hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, İsveçrə səfirliyinin xanım diplomatının ölümünün intihar, qətl və ya bədbəxt hadisə olduğu hələlik bəlli deyil. Dplomat binanın 18-ci mərtəbəsində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İsveçrənin İrandakı səfirliyi ABŞ-ın İrandakı diplomatik mənafeyini də qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.