Dünya

Rusiyada soydaşlarımızın bazarına polis yeridildi: Narkotik satışı, qeyri-qanuni miqrantlar...

27 Aprel 2021 14:14
Baxış: 1 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu saatlarda Rusiyanın Rostov şəhərinin Aksaysk rayonunda yerləşən 4 iri bazarda xüsusi əməliyyat keçirilir.

Milli.Az yenisavah.az-a istinadən xəbər verir ki,  əməliyyata 4 minə yaxın polis və xüsusi təyinatlı cəlb edilib. Məlumata görə, polisə həmin bazarlarda narktoik satışı və qeyri-qanuni miqrantların olması barədə xəbər daxil olub.

KİV-in onu da qeyd edir ki, həmin bazarlar yerli iş adamı, azərbaycanlı Kərim Babayevə məxsusdur. Bir qədər əvvəl Kərim Babayev və oğlanları haqda cinayət işi qaldırılmışdı. Onun oğlu Vadim həbs edilsə də, özü istintaqdan yayına bilmişdi. Hazırda onun axtarışı aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.