Dünya

“Oskar”ın reytinqi iki dəfə düşüb

27 Aprel 2021 08:38
Baxış: 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar günü axşam ABŞ-da "Oskar" mükafatlarının təqdimetmə mərasiminin yayımı 9,85 milyona yaxın tamaşaçı tərəfindən izlənilib ki, bu da ötən illə müqayisədə 13,75 milyon nəfər azdır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu telereytinqlərin ilkin məlumatları göstərir.

Mərasimin reytinqi 1,9 təşkil edib. Ötən il bu göstərici 5,3-ə (23,6 milyon tamaşaçı), ondan əvvəlki il isə 7,7-yə (29,6 milyon tamaşaçı) bərabər idi.

Amerika Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən verilən "Oskar" mükafatları aprelin 25-də 93-cü dəfə sahiblərini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.