Bazar günü axşam ABŞ-da "Oskar" mükafatlarının təqdimetmə mərasiminin yayımı 9,85 milyona yaxın tamaşaçı tərəfindən izlənilib ki, bu da ötən illə müqayisədə 13,75 milyon nəfər azdır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu telereytinqlərin ilkin məlumatları göstərir.
Mərasimin reytinqi 1,9 təşkil edib. Ötən il bu göstərici 5,3-ə (23,6 milyon tamaşaçı), ondan əvvəlki il isə 7,7-yə (29,6 milyon tamaşaçı) bərabər idi.
Amerika Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən verilən "Oskar" mükafatları aprelin 25-də 93-cü dəfə sahiblərini tapıb.
Milli.Az