Dünya

Dəhşət - bir gündə 300 min yoluxma

22 Aprel 2021 13:24
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda son bir gündə 295 041 nəfər koronavirusa yoluxub, 2000-dən çox insan ölüb.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, bu, pandemiya başlayandan bəri ölkədə qeydə alınan bir sutkada ən çox yoluxma və ölüm hadisəsidir.

Hindistan dünyada koronavirusa ən çox yoluxma aşkar edilən ikinci ölkədir: indiyə qədər 15,6 milyondan çox yoluxma qeydə alınıb. Pasiyentlərdən 13,2 milyonu sağalıb, 182 min nəfəri isə ölüb.
Ölkədə xəstəlik sayında artım 41-ci gündür ki, davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.