Dünya

Putin: “Cavabımız asimmetrik, sürətli və sərt olacaq"

21 Aprel 2021 15:05
Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, cavabın cəld və sərt olacağını bilməlidir."

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə müraciətində deyib.

"Bizim kifayət qədər səbrimiz, məsuliyyətimiz və sağlam düşüncəmiz var. Ancaq ümid edirəm ki, heç kim qırmızı xətti keçməz. Və bunun harada baş verəcəyini özümüzü müəyyənləşdirəcəyik.

Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq. Onlar peşman olacaqlar", - deyə Rusiya Prezidenti vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.