ABŞ rəhbərliyi bütün mümkün vasitələrlə Yaponiyanı müdafiə edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ hökuməti iki ölkə arasında 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizliyin Təmin Edilməsi barədə Müqaviləyə uyğun olaraq, nüvə silahı da daxil olmaqla bütün vasitələrdən istifadə olunmaqla Yaponiyanı müdafiə etməyə hazır olduğunu bəyan edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ağ evin ABŞ Prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Yoşihide Suqa arasında aprelin 16-da Vaşinqtonda keçirilən görüşdən sonra yaydığı bəyanatda bildirilir.
Sənəddə deyilir: "ABŞ nüvə silahı da daxil olmaqla bütün imkanlardan istifadə edərək, Qarşılıqlı Əməkdaşlığın və Təhlükəsizliyin Təmin Edilməsi barədə Müqavilə çərçivəsində Yaponiyanın təhlükəsizliyinin müdafiəsinə sadiqliyini təsdiq edir".
Bildirilir ki, hər iki ölkənin liderləri ikitərəfli müqavilənin beşinci bəndinə uyğun olaraq, bu sənədin Yaponiyanın nəzarəti altında olan, lakin Çinin də iddia etdiyi Senkaku (Dyaoyuydao) adalarına aid olduğunu da qeyd ediblər. "Biz birlikdə Yaponiyanın Senkaku adaları üzərində idarəçiliyinə qarşı olan istənilən birtərəfli hərəkətə qarşı çıxış edirik", - deyə birgə bəyanatda vurğulanır.
Qeyd edək ki, iki ölkə arasında 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlı və Təhlükəsizliyin Təmin Edilməsi barədə Müqavilənin beşinci bəndinə görə, tərəflərin hər biri onun müttəfiqinə qarşı istənilən hərbi müdaxiləni özünün milli təhlükəsizliyinə təhdid hesab edir və bununla əlaqədar olaraq öz Konstitusiyası çərçivəsində müvafiq addımlar atmaq hüququna malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zeynəb Xanlarova övladları ilə (Foto)
-
SEPAH: Hörmüz boğazı bağlanıb
-
Azərbaycandan ən çox neft idxal edən ölkələr açıqlanıb
-
Sumqayıtda yaşayış binasında partlayış baş verib (Foto)
-
“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO
-
Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı açıqlandı
-
Bakıda kişi telefona çox baxan arvadını döydü
-
Superliqa klubu Yankoviçi istəyir
-
Pərişan Həsənova vəfat etdi (Foto)
-
Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
Müşviqin 4 ildir görmədiyi oğlu (Foto)
-
Ölkədə tütün istehsalında 19,8% artım qeydə alınıb
-
148 axtarışda olan şəxs saxlanıldı
-
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
-
Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir zamanı ağır yaralandı
-
Neftçi PFK heyətini braziliyalı oyunçu ilə gücləndirdi
-
Britaniya 500 km məsafəli yeni raket sistemlərini sınağa çıxaracaq
-
Yevlax rayonunda 26 yaşlı kişi Yuxarı Qarabağ su kanalında boğuldu
-
“Qarabağ”ın Avstriya planı dəyişdi - MOİK ilə oyun ləğv olundu
-
Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA
-
Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı
-
Flora Kərimova xəstəxanadan evə buraxıldı - Həkimlər son vəziyyəti açıqladı
-
Rafael Fiziyev Bakıda
-
Aralıq dənizində ardıcıl iki zəlzələ qeydə alınıb





