Rafael Fiziyev Bakıda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib.
Milli.Az xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıb.
O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: "Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq".
O, rəqibini incələdiklərini vurğulayıb: "Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq".
Qeyd edək ki, turnir 27 iyunda Milli Gimnastika Arenasında baş tutacaq. Əsas döyüşdə, yüngül çəki dərəcəsində Rafael Fiziyev və Manuel Torres (Meksika) oktaqonda üz-üzə gələcəklər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA
-
Flora Kərimova xəstəxanadan evə buraxıldı - Həkimlər son vəziyyəti açıqladı
-
Rafael Fiziyev Bakıda
-
Abşeron çimərliklərində dəniz suyu 24 dərəcəyədək isinəcək
-
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - (Video)
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - Yenilənib
XƏBƏR LENTİ
-
Yevlax rayonunda 26 yaşlı kişi Yuxarı Qarabağ su kanalında boğuldu
-
“Qarabağ”ın Avstriya planı dəyişdi - MOİK ilə oyun ləğv olundu
-
Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA
-
Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı
-
Flora Kərimova xəstəxanadan evə buraxıldı - Həkimlər son vəziyyəti açıqladı
-
Rafael Fiziyev Bakıda
-
Aralıq dənizində ardıcıl iki zəlzələ qeydə alınıb
-
Abşeron çimərliklərində dəniz suyu 24 dərəcəyədək isinəcək
-
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb
-
Bakıda uçan qarışqalar niyə çoxalıb? - Səbəb məlum oldu - (Video)
-
Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
-
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
-
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - (Video)
-
Bazar günü 36 dərəcə isti olacaq - Proqnoz
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - Yenilənib
-
Kimlər qan üçün donor ola bilməz?
-
DİM: Ötən il 58 saxta diplom aşkarlanıb
-
Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı





