Cəmiyyət

Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA

20 İyun 2026 15:40
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mediada statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir.

Milli.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

""NoComment" saytı tərəfindən "Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi", daha sonra isə "Medianews" saytı tərəfindən "Şok: Azərbaycanda 200 tələbə vəfat edib" kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir.

Media subyektlərini məlumat yayarkən "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir. Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir", - deyə məlumatda qeyd edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.