Hadisə

Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir zamanı ağır yaralandı

20 İyun 2026 17:07
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir işləri zamanı ağır yanıq xəsarəti alıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, rayonun Dağlı kənd nümayəndəliyində qeydiyyatda olan, Aşağı Tala kəndində yaşayan 32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir apararkən təbii qazdan istifadə edib.

Nəticədə qazla ehtiyatsız davranma səbəbindən o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ona ilkin tibbi yardım göstərilib və bədəninin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.