Dünya

Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb

16 Aprel 2021 21:59
Baxış: 772
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstanda Su-30SM qırıcısı Balxaş şəhərində yerləşən təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Təlim uçuşları zamanı çoxfunksiyalı Su-30SM qırıcısı Balxaş şəhərinin aviasiya təlim mərkəzində eniş edərkən qəzaya uğrayıb. Təyyarənin heyəti katapult edib, onlar sağdırlar və həkimlərin nəzarəti altındadırlar".

Qeyd edilir ki, hadisə yerinə qəzanın səbəbini müəyyən etmək üçün xüsusi komissiya cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.