Avstraliya COVID-19-a qarşı peyvənd vurduran vətəndaşlara xaricə getmək icazəsi verə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstraliya hökuməti COVID-19-a qarşı peyvənd vurduran vətəndaşlara mərhələlərlə xaricə getmək və ölkədən kənarda olan avstraliyalıların geriyə qayıtmaq imkanlarını araşdırır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib.
"Sərhədlərin açılması COVID-19 peyvəndini tam qəbul edən şəxslərə səyahət etmək və vacib məsələlərlə bağlı xaricə getmək imkanları yarada bilər. Lakin vətənə dönərkən onlar məcburi qaydada öz hesablarına oteldə qalmalı və iki həftəlik karantindən keçməlidirlər", - deyə Baş nazir bildirib.
S.Morrison əlavə edib ki, sərhədlərin mərhələlərlə açılması Avstraliyada bütün əhali peyvənd vurdurduqdan sonra mümkündür və bu, virusun xaricdən ölkəyə gətirilməsinin qarşısını ala bilər.
Avstraliya və Yeni Zelandiya arasında imzalanan ikitərəfli müqaviləyə əsasən bu ölkələr aprelin 19-dan qarşılıqlı səfərlər üçün turizm xəttini açmaq niyyətindədirlər.
Xatırladaq ki, Avstraliya koronavirus pandemiyasına görə ötən ilin martından öz beynəlxalq sərhədlərini bağlayıb. Hazırda bu ölkədə 29 min 400 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 999-u həyatını itirib.
Avstraliya hökuməti ilkin mərhələdə martın sonunadək ölkəyə gətiriləcək 4 milyon doza "AstraZeneca" peyvəndini istifadə etməyi planlaşdırırdı. Lakin Avropa İttifaqı istehsalçının tədarükü pozması səbəbindən Avstraliyaya ixracı dayandırdığına görə hazırda yalnız 670 min nəfərə peyvənd vurulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
XƏBƏR LENTİ
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü





