Paşinyan ittihamlara cavab verdi: "Qasparyan yalan danışır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında Qarabağda baş vermiş müharibənin bir sıra detallarına toxunub.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, N.Paşinyan bildirib ki, son vaxtlar adıçəkilən mövzuya dair bir sıra spekulyasiyalar dolaşır, bunlara aydınlıq gətirilməlidir.
Baş nazir Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Onik Qasparyanın 2020-ci ilin noyabr ayında dediyi açıqlamaya münasibət bildirib.
Onun sözlərinə görə, guya müharibənin dördüncü günündə O. Qasparyanın hərbi əməliyyatlarının dayandırılmasının vacibliyi barədə dediyi fikrin reallıqla heç bir əlaqəsi yoxdur: "Onik Qasparyan belə bir söz deməyib, onun dedikləri rəsmi şəkildə yazılıb, o cümlədən stenoqrama var. Söhbət Təhlükəsizlik Şurasının 30 sentyabr 2020-ci il tarixli iclasından gedir. Həmin iclasda Qasparyan dedi ki, əksinə, düşmən heç bir uğur əldə edə bilməyib, ordu qarşıya qoyulmuş tapşırıqları icra edir və sona qədər öz tapşırıqlarını yerinə yetirəcək".
Bundan başqa, N. Paşinyan qeyd edib ki, O. Qasparyan 30 sentyabrda müharibənin dayandırılması barədə fikir söyləyə bilməzdi. Çünki 21 avqust 2020-ci il tarixli Təhlükəsizlik Şurasının iclasında sabiq Baş Qərargah rəisi öz məruzəsində bildirib ki, erməni tərəfi Qarabağ istiqamətində mövcud qüvvə və vasitələrlə düşmənin hücumunun qarşısını almaqla bərabər, onun qruplaşmalarını darmadağın edə bilər.
N. Paşinyan vurğulayıb ki, bütün bunlar o demək deyil ki, siyasi rəhbərlik atəşkəsin əldə edilməsi üçün hər hansı addım atmayıb. O xatırladıb ki, müharibə dövründə atəşkəs razılaşmasının əldə edilməsinə nail olmaq üçün üç dəfə imkan olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası





