Dünya

Türkiyədə Ramazan ayının ilk 2 həftəsi qismən məhdudlaşma tətbiq olunacaq

13 Aprel 2021 20:56
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Ramazan ayının ilk iki həftəsində həftəiçi küçəyə çıxmaq qadağası axşam saat 19:00-dan tətbiq olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində tətbiq olunan qadağalara yetərincə əməl olunmazsa, qaydalar daha da sərtləşdiriləcək.

Həftəsonu küçəyə çıxmaq qadağasının qüvvədə qaldığını bildirən R.T.Ərdoğan həftə içində Türkiyə vaxtı ilə axşam saat 19:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağasının 14 apreldən tətbiq ediləcəyini deyib. Zəruri olmadığı hallarda şəhərlərarası səfərlər də təxirə salınacaq.

Yaşı 65-dən yuxarı və yaşı 18-dən aşağı olanların ictimai nəqliyyatdan istifadə qadağasının yenidən tətbiq olunacağını vurğulayan prezident Türkiyədə restoran, kafe və bu kimi ictimai iaşə müəssisələrinin fəaliyyətinin Ramazan bayramından sonra davam edəcəyini deyib.

R.T.Ərdoğan müvafiq qaydaların Türkiyə Daxili İşlər Nazirliyinin növbəti sərəncamı əsasında həyata keçiriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.