Dünya

ABŞ İrana qarşı bütün sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021 08:43
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Birgə Hərtərəfli Fəaliyyət Planı qarşısındakı öhdəliklərinin icrasına başlasa da, ABŞ bu ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməyə hazır deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli bir nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planını tərk etdikdən sonra İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə hazırdır, ancaq gərək Tehran bu razılaşmaya əməl etsin.

"Bu, bütün sanksiyaların götürüləcəyi demək deyil, çünki bəzi qanuni sanksiyalar da var, hətta Birgə Hərtərəfli Fəaliyyət Planının diqqətlə araşdırılması zamanı da bunu görmək olar. Plana əsasən, ABŞ terrorçuluq və insan haqlarının pozulmasına qarşı sanksiyalar tətbiq edə bilər", - Dövlət Departamentinin nümayəndəsi belə deyib.

O bildirib ki, ABŞ tətbiq olunan sanksiyaları "təfərrüatı ilə nəzərdən keçirməli" və hansının qaldırılacağına, hansının saxlanılacağına qərar verməlidir.

Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə Birgə Komissiyanın iclası bu həftə Vyanada siyasi direktorlar səviyyəsində keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.