Dünya

Pentaqon Ukrayna ilə bağlı Rusiyaya çağırış edib

7 Aprel 2021 13:19
Baxış: 636

ABŞ Müdafiə Nazirliyi Rusiyanı Ukraynanın cənub-şərq sərhədində və Krımda hərbi qüvvələrin cəmlənməsi ilə bağlı niyyətini izah etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə bildirib.

O, Rusiyanın niyyətlərini gizlədərək və bölgədəki gərginliyi alovlandıraraq ənənəvi şəkildə hərbi təlimlər keçirdiyini elan etmədiyini qeyd edib.

"Rusiyanı sərhəd boyu bu qüvvələrlə nə etdiyinə dair niyyətlərini daha aydın göstərməyə çağırırıq. Vacib olan sərhəd boyunca gərginliyi azaltmaqdır. Bütün tərəflərin Ukrayna ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişəyə dair 2014-2015-ci il tarixli Minsk razılaşmalarına riayət etməsi lazımdır. Rusiya qüvvələrinin Ukrayna ilə sərhəd boyunca, Krımda, xüsusən daha çox cənub-şərqə doğru yerləşdirilməsini görürük. Biz bu prosesi çox yaxından izləyirik", - deyə Pentaqon sözçüsü vurğulayıb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.