Dünya

İsrail prezidenti baş nazir vəzifəsinə namizədi açıqlayacaq

6 Aprel 2021 08:03
Baxış: 373

İsrail prezidenti Reuven Rivlin bu gün martın 23-ü növbədənkənar parlament seçkilərindən sonra ölkə hökumətini qurmağı tapşıracağı 24-cü çağırış Knesset deputatının adını açıqlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə R.Rivlinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Prezident aprelin 5-i 24-cü çağırış Knessetə seçilmiş bütün partiyaların nümayəndələri ilə məsləhətləşmələr keçirib. Prezident hökumətin qurulmasını həvalə edəcəyi namizədlə bağlı qərarını aprelin 6-sı elan edəcək".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.