Dünya

Arestoviç: NATO Rusiyaya bu ərazidən hücum edəcək

3 Aprel 2021 15:58
Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ilə müharibə hazırlığını görmək üçün NATO-nun "Defender Europe 2021" təlimlərinə ehtiyacı var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Baltik dənizi akvatoriyasından Qara dənizə qədər Rusiya ilə müharibə hazırlığı aparılır.

Arestoviçin sözlərinə görə, alyans qüvvələri birləşdirməyə və onların yerləşdirilməsinə, maddi-texniki məsələləri həll etməyə başlayıb:

"Əsas diqqət - Balkanlar və Krım, eləcə də Krımın şimalında hər şey... Bunlar açıq mənbələrdir, heç kim gizlətmir".

Qeyd edək ki, may-iyun aylarında NATO "Defender Europe 2021" adı altında Soyuq müharibədən bəri ən böyük hərbi təlimini keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.