Dünya

Rusiyada terror aktının qarşısı alındı

1 Aprel 2021 18:56
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tver bölgəsində "İŞİD" terrorçusu tərəfindən hazırlanan terror hücumunun qarşısı alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin evində partlayıcı maddələrin sintezi laboratoriyası aşkarlanıb. Onun enerji obyektinə hücum planlaşdırdığı məlum olub.

Terrorçu müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Əməliyyat zamanı təhlükəsizlik işçiləri və mülki şəxslər yaralanmayıb.

Silahlı şəxsin üzərində Rusiya pasportu tapılıb. Axtarış zamanı terrorçunun evində odlu silah və döyüş sursatları, əldəqayırma partlayıcı qurğu və partlayıcı istehsalı üçün komponentlər tapılıb.

Terakta hazırlıqla bağlı cinayət işi başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.