Dünya

ABŞ istehsalı olan peyvəndin fəsadı - FOTO

1 Aprel 2021 08:38
Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın koronavirusa qarşı "Johnson&Johnson" peyvəndi Virciniya ştatının sakinində ağır fəsada səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 74 yaşlı Riçard Terrelə dərman vurulandan 4 gün sonra onun bədəninin böyük bir hissəsində qızartı və dərisində ağrı verən səpkilər meydana gəlib.

"Peyvənd olunduqdan sonra bir neçə gün müddətində qolumun altında narahatlıq hiss etdim. Şiddətli qaşınma başladı. Sonra da bütün bədənimə yayıldı. Ciddi dəri xəstəliyi yaşadım", - deyə Terrel qeyd edib.

O, beş gün sonra xəstəxanadan evə buraxılıb. Peyvənddən sonra başına gələnlərə baxmayaraq, bundan peşiman olmadığını deyən həmin şəxs hamını peyvənd olunmağa çağırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.