Dünya

Koronavirusa yoluxanların isti ölkələrə səfəri yolverilməzdir

1 Aprel 2021 08:18
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusa yoluxan insanlar isti iqlimə malik ölkələrə uçuşları qətiyyən yolverilməzdir. Çünki ürək-damar sistemi yüksək temperaturdan əziyyət çəkir və tromboz (qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması - red.) riski ortaya çıxır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin tibbi reabilitasiya üzrə baş mütəxəssisi, professor Qalina İvanova "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Mütəxəssis ürək-damar sistemində baş verən dəyişikliklərlə əlaqədar bildirib ki, sözügedən xəstələr bu səbəbdən dağlıq əraziyə getməzdən, yaxud xizək sürməzdən əvvəl həkimə müraciət etməlisidirlər: "Bu o demək deyil ki, ömür boyu oturmaq və trombozdan qorxmaq lazımdır. Sağlamlığınıza diqqət yetirməli, ümumi pulmonoloq, fiziki və reabilitasiya həkimindən məsləhət alınmalıdır".

Q.İvanova əlavə edib ki, koronavirusa yoluxanlarda, həmçinin, tənəffüs funksiyasının bərpası ən az 12 həftə çəkir. Professor gözlənilən müddətdə tənəffüs funksiyasına ciddi diqqət yetirməyi də tövsiyə edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.