Dünya

5000 nəfərlik konsert təşkil edib koronavirusun yayılma riskini yoxladılar - VİDEO

29 Mart 2021 18:34
Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselonada (İspaniya) beş min nəfərlik eksperimental konsert keçirilib. Bu, pandemiya başlayandan bəri ilk böyük musiqili tədbirdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bütün tamaşaçılar anticisim üçün ekspress-testdən keçib, hər kəs maska taxıb və hamı iki həftə öncədən həkim nəzarətində olub.

Təcrübədə əsas məqsəd konsert zallarının koronavirusun yayılması üçün risk zonası olub-olmadığını araşdırmaqdır.

Analoji böyük konsertlərin Fransanın Paris və Marsel şəhərlərində keçirilməsi də planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.